İdman

Belçika millisinin baş məşqçisi: “Bəzi məqamlarda bəxtimiz gətirdi”

Sharing is caring!


“Üç xal qazandığımız üçün xoşbəxtik. Performansımız ürəkaçan deyildi. Daha yaxşı ola bilərik, olmalıyıq”.

Oxu.Az xəbər verir ki, bu sözləri AVRO-2024-ün seçmə mərhələsinin V turunda keçirilən Azərbaycan – Belçika (0:1) oyunundan sonra təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Domeniko Tedesko deyib.

37 yaşlı mütəxəssis ikinci qolu vurmalı olduqlarını bildirib:

“İlk hissədə topla oynamaqla bağlı problemlərimiz oldu. İkinci qolu vurmalıydıq. İkinci qolu vurub oyunu öldürməliydik. Bundan sonra rəqibin ümidləri öləcəkdi”.

Çalışdırıcı Azərbaycan millisinin qol vurmaq şanslarının olduğunu söyləyib:

“Rəqib kifayət qədər şanslar yaratdı. Komanda olaraq necə müdafiə olunduğumuza və necə fürsətlər verdiyimizə baxacağıq. Çox adama asan oyun kimi gəlirdi. Meydanın vəziyyəti də yaxşı deyildi. Azərbaycan millisi də futbol oynayırdı. Hər şeyin qarşısını almaq olmur. Rəqibin şansları yarandı. Renat Dadaşovun yaxşı baş zərbəsini qapıçımız qaytardı, onların daha bir real epizodları da var idi. Bəzi məqamlarda bəxtimiz gətirdi”.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir