Siyasət

Laçın sakini: “Doğma yurdumuzdan ağlaya-ağlaya çıxmışdıq, indi sevinə-sevinə qayıdırıq”

Sharing is caring!


“Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq”

“Report” xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Laçından olan keçmiş məcburi köçkün Nazir Nəcəfov deyib.

“Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Prezidentimiz, dövlətimiz var olsun. Hər birimiz doğma yurdumuza sevinə-sevinə qayıdırıq. Halbuki, Laçını ağlaya-ağlaya tərk etmişdik”.

“Böyük sevinc içindəyik. Doğma yurduna qayıtmaq hər bir insan üçün xoşdur. Arzu edirəm ki, bütün insanlar öz yurdlarına geri qayıtsınlar”, – keçmiş məcburi köçkün vurğulayıb.

Qeyd edək ki, bu gün Laçının daha 86 sakini Bakıdan doğma şəhərə yola salınıb. Onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park-3” yaşayış kompleksindən yola salınıblar.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən sakinlər üçün bütün infrastruktur şərait – dövlət xidmətləri mərkəzi, məktəb, bağça, bank, poçt, ictimai iaşə obyektləri və s. imkanlar mövcuddur.

Qeyd edək ki, indiyədək Laçın şəhərində 383 ailənin, yəni 1 475 nəfərin daimi məskunlaşması təmin edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir