Cəmiyyət

Bakı metrosunda stansiya yoluna düşən sərnişin həlak oldu

Sharing is caring!


Bakı metrosunda ölüm hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, metronun “Memar Əcəmi” stansiyasında saat 6:30 radələrində 60-70 yaş arası qadın sərnişin qəfil stansiya yoluna düşüb.

“Bakı Metropoliteni” QSC-dən verilən məlumata görə, yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti dəvət olunub. Metropolitenin stansiya növbətçisi və polis əməkdaşı hərəkətsiz vəziyyətdə olan sərnişini stansiya yolundan çıxarıblar. Təcili tibbi yardım personalı ölüm faktını təsdiq edib.

Aytac Qasımova

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir