İdman

Elmar Baxşıyev: “Omoniya” yaxşı komandadır, amma bizi öz oyunumuz maraqlandırır”

Sharing is caring!


“Rəqib çox yaxşı təşkilatlanmış komandadır. Amma məni daha çox öz oyunumuz maraqlandırır”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev evdə Kipr “Omoniya”sına qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunundan öncə mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis komandasının əlindən gələni edəcəyinə və yaxşı nəticə qazanacağına inandığını bildirib:

“İstəyimiz daim hücumda olmaqdır. Ancaq müdafiəsiz hücum yoxdur. Lazımi nəticəni əldə etmək üçün hər iki cəhətdən daha yaxşı olmalıyıq”.

Ötən mövsümün sonunda bir çox futbolçunun komandanı tərk etdiyini xatırladan çalışdırıcı bunun normal hal olduğunu söyləyib:

“İstənilən vəziyyətə hazır olmalısınız. Bu, hər bir komandanın başına gələ bilər. Keçmişlə yaşamaq istəmirik. Heyət tam komplektləşib. Hər oyunda komanda mənə istədiyimi verməyə çalışır. Keçən ildən daha yaxşı və daha iddialı olacağımıza inanıram. Ən yaxşı “Qəbələ”ni görəcəksiniz”.

Qeyd edək ki, iyulun 27-də Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir