İqtisadiyyat

Sahib Məmmədov: “Qarabağdakı layihələr “Yaşıl iqtisadiyyata keçid” prinsiplərinə uyğundur”

Sharing is caring!

Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi layihələr “Yaşıl enerji” və “Yaşıl iqtisadiyyata keçid” prinsiplərinə uyğundur.

“Report” xəbər verir ki, bunu Dayanıqlı İnkişaf Məqsədlərinin maliyyələşdirilməsi məqsədilə yaradılmış İnvestor Xəritəsinin təqdimat mərasimində iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

“44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilən ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı istiqamətində tədbirlər görülür. Həmin ərazilərə investisiyaların cəlb olunması çox vacib məsələlərdən biridir. İnvestor xəritəsinin və yaxud investisiya platformasının formalaşdırılması Azərbaycanda iqtisadi inkişafa öz töhfəsini verəcək”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir