Cəmiyyət

Kişi keçmiş kürəkəninə xəsarət yetirdi

Sharing is caring!

Bakıda kişi keçmiş kürəkəninə xəsarət yetirib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə dekabrın 26-da saat 05 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 saylı binanın qarşısında qeydə alınıb.

Abdullayev Səffan Ağasəf oğlu keçmiş kürəkəni Qasımov Azər Muxtar oğlunu şəxsi münasibətlər zəminində istintaqa məlum olmayan alətlə bir dəfə vurub. Nəticədə Azər Qasımova qarın boşluğuna nüfuz edən xəsarət yetirib. Keçmiş kürəkən dərhal Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir