Cəmiyyət

14 illik həsrətdən sonra dünyaya gələn Aminin dəstəyə ehtiyacı var – FOTO

Sharing is caring!




Üç aylıq Aminin sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun atası Şamil Ağayev məlumat verib.

O bildirib ki, övladı fevral ayında dünyaya gəlib.

“Amin 2024-cü ilin fevral ayında dünyaya gəlib. Doğulduğu gündən həkimlər başında kista olduğunu deyiblər. Həmin gündən də müalicələrə başlamışıq. Müalicələri zamanında və düzgün etsək, kistanın çəkiləcəyini deyiblər. İnanın, əlimizdə olan hər şeyi satıb müalicələri etdiririk”.

Şamil Ağayev Aminin 14 il sonra dünyaya gəldiyini deyib.

“Biz 14 il övlad həsrəti çəkmişik. Sonunda Allah bizi Aminlə mükafatlandırdı. Bu boyda həsrətdən sonra dünyaya gələn övladımda belə bir xəstəliyin olması, inanın, yoldaşımı da, məni də çox sıxır. Mən fəhləlik edib ailəmi güclə dolandırırdım, indi isə Aminin xəstəliyi çıxıb ortaya. Hazırda müalicələri davam etdirmək üçün 600 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (051) 676 14 83.

Bank Respublika: 4244 4848 4745 3838.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir