İdman

Azərbaycan klubu Belçikadan futbolçu gətirdi

Sharing is caring!


“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Muxtar Respublika təmsilçisindən verilən məlumata görə, klub bosniya və herseqovinalı mərkəz müdafiəçisi Numan Kurdiçi heyətinə qatıb. 24 yaşlı futbolçu ilə birillik müqavilə imzalanıb.

Kurdiç karyerası ərzində ölkəsində “Sarayevo”, Serbiyanın “Novi Pazar”, Albaniyanın “Kukesi” klublarında çıxış edib. O, ötən mövsümü Belçikanın “Molenbek” klubunda keçirib.

“Araz-Naxçıvan” daha əvvəl digər bosniya və herseqovinalı futbolçu Miço Kuzmanoviçlə müqavilə imzalayıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir