Siyasət

Prezident: “Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır”

Sharing is caring!


“Azərbaycan vasitəsilə daşınan yüklərin həcmi ildən-ilə artır. Hesab edirəm ki, bu rəqəm bir neçə dəfə artıq ola bilər”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində səsləndirib.

“Biz bu istiqamətdə, həmçinin çinli tərəfdaşlarımız və qonşularımızla həmin infrastruktur bağlantısının yaradılması üçün fəal işləyirik”, – deyən dövlətimizin başçısı qeyd edib ki, burada inzibati bağlantı, tariflərlə bağlı vahid siyasət də olmalıdır. 

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, bu gün Azərbaycanın nəqliyyat infrastrukturu artıq yüksək beynəlxalq standartlara cavab verir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir