İdman

Səudiyyə Ərəbistanının Futbol Federasiyası ilə Roberto Mançini arasında qalmaqal

Sharing is caring!


Səudiyyə Ərəbistanı millisinin italiyalı baş məşqçisi Roberto Mançini Asiya Kubokunun 1/8 final mərhələsində Cənubi Koreya millisinə qarşı keçirdikləri oyunda penaltilər seriyasını izləməkdən imtina edərək meydanı oyun bitməmiş tərk edib.

59 yaşlı futbol mütəxəssisinin bu addımı Səudiyyə Ərəbistanında hiddətlə qarşılanıb.

Artıq Səudiyyə Ərəbistanının Futbol Federasiyasının rəhbəri Yasin bin Həsən bin Məhəmməd Əl-Misahel açıqlama ilə çıxış edərək R.Mançinidən izahat tələb edib.

“Baş məşqçimizin oyun bitməmiş meydanı tərk etməsi heç bir halda bizim üçün məqbul deyil. Bunun niyə baş verdiyi ilə bağlı Mançini izahat verməlidir. Yalnız bundan sonra Roberto Mançini ilə bağlı qərar verəcəyik”.

Qeyd edək ki, futbol üzrə Asiya Kubokunun 1/8 final mərhələsində Səudiyyə Ərəbistanı ilə Cənubi Koreya qarşılaşıblar. Oyunun əsas vaxtı 1:1 hesabı ilə bitib. Oyundan sonra keçirilən penaltilər seriyasında isə Cənubi koreyalılar üstün olublar – 4:2.

Mənbə: Tasnim

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir