Cəmiyyət

İsrailin Kiryat-Yam şəhərində Ermənistanın müharibə cinayətlərinin qurbanları anılıb

Sharing is caring!

İsrailin Kiryat-Yam şəhərində İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə raket hücumları nəticəsində həlak olan mülki vətəndaşların xatirəsi yad edilib. 

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, “Azİz” İsrail-Beynəlxalq Assosiasiyasının nəzdində fəaliyyət göstərən “Dünya gözəldir” Qafqaz Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmailovun təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan və İsrail bayraqları, Ermənistanın müharibə cinayətlərini əks etdirən fotomateriallar nümayiş etdirilib.

Qeyd edilib ki, İsraildə yaşayan soydaşlarımız iki il öncə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxsin həlak olması, 454 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən insanlığa və sülhə qarşı törədilmiş bu cinayətləri hiddətlə pisləyir, bu qanlı cinayətlərin törədilməsinə məsuliyyət daşıyanların indiyədək ədalət məhkəməsi qarşısına çıxarılmamasından dərin təəssüf hissi keçirirlər. 

Tədbir iştirakçıları beynəlxalq birliyi bu dəhşətli hadisələrə adekvat reaksiya verməyə, Ermənistanda bu cinayətlərə cavabdehlik daşıyanların məsuliyyətə cəlb olunması istiqamətində qətiyyətli addımlar atmağa çağırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir