Cəmiyyət

Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılması iddiasına nazirlikdən REAKSİYA

Sharing is caring!

Şuşada Molla Pənah Vaqifin heykəlinin ucaldılmasıyla bağlı dünəndən etibarən sosial şəbəkələrdə məlumat paylaşılır. 

Oxu.Az xəbər verir ki, Şuşada məhz Vaqifə heykəl ucaldılması iddiası vətəndaşlar arasında böyük narazılıq doğurub. 

Digər bir iddia isə heykəlin Lerik rayonu ərazisində yerləşməsiylə və şair İmadəddin Nəsimiyə aid olmasıyla bağlıdır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsi müdirini əvəz edən Nuridə Allahyarova heykəlin nazirlik tərəfindən sifariş edilmədiyini bildirib:

“Şuşada Molla Pənah Vaqifə aid ayrıca heykəl ucaldılmır. Sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən heykəlin sifarişçisi Mədəniyyət Nazirliyi deyil”.

Sayad Həsənli

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir