İdman

Lempard “Çelsi”nin baş məşqçisi oldu – FOTO

Sharing is caring!


“Çelsi”nin sabiq baş məşqçisi Frenk Lempard London klubuna qayıdıb.

Bu barədə sosial şəbəkələrdə tanınmış insayder Fabrisio Romano məlumat verib.

Məlumata görə, Lempard klubla cari mövsümün sonuna qədər müqavilə imzalayıb.

Xatırladaq ki, Lempard 18 ay London komandasına rəhbərlik edib. O, 2021-ci ilin əvvəlində istefaya göndərilib.

Frenk futbolçu kimi də 18 il “Çelsi”də çıxış edib. Mütəxəssis “zadəganlar”ın çalışdırıcısı postunda Qrem Potteri əvəzləyib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir