Siyasət

Asəf Hacıyev yenidən baş katib seçildi

Sharing is caring!


Noyabrın 16-17-də Ukraynanın Kiyev şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 62-ci plenar iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, toplantıda Qara Dəniz regionunda təhlükəsizliyin möhkəmləndirilməsi, əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin rolu, fövqəladə hallar zamanı əməkdaşlıq, uşaq hüquqlarının qorunması və digər məsələlər müzakirə olunub.

Həmçinin iclasda bir sıra təşkilati məsələlərə baxılıb, Asəf Hacıyev qurumun baş katibi vəzifəsinə yenidən seçilib.

Yekunda qurumun növbəti sessiyasının tarixi, yeri və gündəliyi müəyyənləşdirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir