Müharibə

“Berdzor” yazılan lövhəni sındıranlar niyə həbs ediliblər? – Polisdən AÇIQLAMA

Sharing is caring!

Laçında erməni dilində “Berdzor” yazılan lövhəni sındıran şəxslərin həbsinin səbəbi açıqlanıb.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, Laçın rayonu ərazisində vətəndaşın lövhəni sındırmasına görə həbs edilməsi ilə bağlı iddialar yalandır: 

“Elnur İsayev və Cavid Quliyev işğaldan azad olunan əraziyə qeyri-qanuni daxil olduqları və polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmadıqları üçün barələrində məhkəmənin qərarı ilə 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub. Həmin ərazidə də “sürpriz” partlayıcı və mina təhlükəsi var. 

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, hər bir vətəndaşın təhlükəsizliyi diqqət mərkəzində saxlanılmaqla, cəzalandırmanın məqsədi profilaktik əhəmiyyət daşıyır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir