Dünya

Moskva meri tikiləcək yeni məscidin məkanını açıqladı

Sharing is caring!


Moskvada Kosino metro stansiyası yaxınlığında sahəsi 2,5 min kvadratmetr olan kiçik bir məscid inşa olunacaq.

Bu barədə çərşənbə günü Moskva meri Sergey Sobyanin sosial şəbəkədə məlumat verib.

“Məscidin tikilməsi təklifinə ilkin olaraq şəhərsalma və torpaq komissiyasında baxılıb. Bu məsələ ilə bağlı Moskva hökumətinin qərarı, müvafiq icra hakimiyyəti orqanlarının heç bir sərəncamı olmayıb. Məscidin sahəsinin 40 000 kv.m olacağı ilə bağlı şayiələr yayılır ki, bu da həqiqətə uyğun deyil. Söhbət 2,5 min kv.m-lik çox kiçik bir obyektdən gedir”, – mer yazıb.

O, bildirib ki, məscid yaxınlıqdakı evlərin sakinlərinə mane olmayacaq və onun ətrafı abadlaşdırılacaq.

“Moskva çoxmillətli və çoxkonfessiyalı şəhərdir. Biz həmişə sülh və harmoniyada yaşamışıq və yaşayacağıq”, – Sobyanin yekunlaşdırıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir