İdman

UEFA reytinqi: “Qarabağ” Azərbaycanın xalını artırdı

Sharing is caring!


Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunlarından sonra UEFA-nın turnir cədvəli yenilənib.

Oxu.Az xəbər verir ki, Azərbaycanın xalı artıb.

Bu, “Qarabağ”ın Bakıda Cəbəllüttariqin “Linkoln” klubuna qalib gəlməsi sayəsində reallaşıb. 4:0 hesablı qələbə ölkəmizin aktivinə daha 0,250 xalın əlavə edilməsi ilə nəticələnib. “Qarabağ” ilk görüşdə də qalib gəlib (2:1) bu qədər xal qazandığından Azərbaycanın mövsüm üçün ümumi qazancı 0,500-ə çatıb.

Lakin bu, irəliləyiş üçün kifayət etməyib. Son beş mövsümün nəticələrinə əsasən, Azərbaycanın aktivində 14,750 xal var və 29-cudur. 30-cu Moldova 11,625, 28-ci Slovakiya 15,500 xala sahibdir.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir