MARAQLI

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Sharing is caring!




Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Bürosunun hesabatında deyilir

Bildirilir ki, Avropada insanların əksəriyyəti duzdan çox istifadə edir.

“Ürək-damar xəstəlikləri Avropa regionunda əlilliyin və vaxtından əvvəl ölümün əsas səbəbidir – hər il bütün ölümlərin 42,5%-dən çoxunu təşkil edir”, – deyə sənəddə vurğulanıb.

Məlumata görə, kişilər arasında bu növ xəstəlikdən ölüm ehtimalı qadınlarla müqayisədə təxminən 2,5 dəfə yüksəkdir.

“2030-cu ilə qədər duz istehlakını 25% azaltmaq üçün məqsədyönlü siyasətin həyata keçirilməsi təxminən 900 min insanın həyatını xilas edə bilər”, – deyə ÜST-nin hesabatında qeyd edilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir