Dünya

Rusiyanın hipersəsli raketdaşıyıcı freqatı Səudiyyə Ərəbistanı limanına daxil oldu – FOTO

Sharing is caring!


“Sirkot” hipersəs raketlərinin daşıyıcısı olan Rusiyanın “Admiral Qorşkov” freqatı son 10 ildə ilk dəfə Səudiyyə Ərəbistanının Ciddə limanına daxil olub.

Bu barədə Rusiya Qərb Hərbi Dairəsinin mətbuat xidməti məlumat verib.

Bildirilib ki, “Admiral Qorşkov”la yanaşı Şimal Donanmasının digər gəmiləri, o cümlədən “Kama”  orta dəniz tankeri də limana daxil olub.

Qeyd edilib ki, gəmilər limanda yanacaqlar, şirin su, ərzaq ehtiyatlarını dolduracaq, daha sonra uzun məsafəli səfərlərinə davam edəcəklər.

Mənbə: MK.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir