Mədəniyyət

Hüseyn Mehdiyev: “Kino haqqında qanun təkmilləşdirilməlidir”

Sharing is caring!


“Kino haqqında qanun təkmilləşdirilməlidir”.

Oxu.Az xəbər verir ki, bunu “Azərbaycan Kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu çərçivəsində “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri” panelində Əməkdar incəsənət xadimi, kinorejissor Hüseyn Mehdiyev deyib.

Onun sözlərinə görə, kino bu gün bürokratik prosesdir:

“Ötən gün həmkarlarımız geniş müzakirələr apardılar. Nəzərə almaq lazımdır ki, kinonun istehsalatı sahibkarlıq fəaliyyəti ilə yaradıcılığın sintezidir. 2020-40-cı illər mədəniyyət strategiyasında kinonun inkişafı məsələsi də öz əksini tapmalıdır. Buna əsasən qanunvericilikdə bir neçə istiqamətdə dəyişiklik olmalıdır. Bizim hər birimizin də münasibəti dəyişməlidir”.

H.Mehdiyev qeyd edib ki, tenderlər kino sənayesinə maneə törədir:

“Ona razılıq verilməsinə təəccüblənmirəm. Maneələr aradan qaldırılmalıdır”.

Nəzrin Vahid

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir