İdman

“Anderlext” klubu “Qarabağ”ın “Gent”ə qarşı cavab oyununda “ova” çıxacaq

Sharing is caring!

Belçikanın “Anderlext” klubu “Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsində “Gent”ə qarşı cavab oyununa skaut göndərəcək.

İddia edilir ki, Brüssel təmsilçisi “Qarabağ”ın sol cinah müdafiəçisi Elvin Cəfərquliyevin xidmətində maraqlıdır.

Məlumata görə, komandanın hücumda fəal olan laterala ehtiyacı var. “Gent”lə “Qarabağ”ın bu gün “Gelamko Arena”da keçiriləcək oyunu “Anderlext” üçün Cəfərquliyevi izləmək baxımından yaxşı fürsətdir. Bu səbəbdən klubun idman direktoru Yesper Fredberq oyuna skautlar göndərə bilər.

Elvin Cəfərquliyev 2020-ci ilin iyununda “Sumqayıt”dan “Qarabağ”a keçib. Azərbaycan millisinin üzvünün Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. 22 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 32 oyun keçirib və iki qol, altı məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: voetbalnieuws

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir