İdman

Danilo: “Qarabağ”ın növbəti mərhələ üçün real şansı var” – FOTO

Sharing is caring!

“Qarabağ”ın sabiq futbolçusu Danilo Dias Ağdam klubunun Konfrans Liqasının pley-offunda “Gent”lə cavab oyunu öncəsi komandanın növbəti mərhələ şanslarını dəyərləndirib.

Oxu.Az saytına açıqlama verən Danilo Dias Azərbaycan təmsilçisinin 1/8 finala yüksəlmək üçün real şansının olduğunu söyləyib:

“Düşünürəm ki, “Qarabağ” ilk oyundakı kimi ağıllı oynamalıdır. Məncə, bizim komandamız “Gent”dən daha güclüdür. Əlbəttə, Belçika çempionatı rəqabət baxımından Azərbaycan Premyer Liqasını üstələyir. Ancaq “Qarabağ”ın daha keyfiyyətli oyun oynadığını da görürəm. Bizim yaxşı, sürətli futbolçularımız var. Qurban Qurbanov kimi baş məşqçi isə əlavə üstünlükdür. Məncə, o, Azərbaycan futbolu tarixinin ən yaxşı məşqçisidir. Ümumi olaraq, “Qarabağ”ın növbəti mərhələ üçün real şansı var. Komandaya uğurlar arzulayıram. Həmişə “Qarabağ”ı dəstəkləyirəm”.

Danilo Dias 2014-2015-ci illərdə “atlılar”ın formasını geyinib.

“Qarabağ” Bakıdakı ilk oyunda “Gent”ə minimal hesabla qalib gəlib. Bu gün keçiriləcək cavab matçı Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Vaqif Verdiyev

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir