Dünya

Rusiya nümayəndə heyəti Vyanada sovet əsgərlərinin abidəsinə buraxılmayıb

Sharing is caring!

ATƏT Parlament Assambleyasının sessiyasında iştirak edən Rusiya nümayəndə heyətinin üzvləri Vyanada sovet əsgərlərinin abidəsi önünə gül dəstələri qoyulması mərasiminə buraxılmayıb.

Rusiyanın Avstriyadakı səfiri Dmitri Lyubinski izah edib ki, nümayəndə heyəti üzvləri imzaladıqları bəyannamədə “parlament assambleyasının proqramına daxil olmayan heç bir tədbirdə iştirak etməyəcəkləri” barədə öhdəlik götürüblər.

Səfir bildirib ki, məhz bu səbəbdən Rusiyanın Avstriyadakı diplomatik missiyası sovet əsgərlərinin abidəsi önünə iki əklil qoyub: Biri səfirliyin, digəri Federal Məclisin nümayəndə heyəti adından.

Xatırladaq ki, fevralın 23-də Vyanada ATƏT Parlament Assambleyasının növbəti iclası keçirilib.

Mənbə: rossaprimavera.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir