Dünya

Amerikalı 3D-printerdə silahları çap edərək dövlətə satıb

Sharing is caring!

Hyuston sakini 3D-printerdə çap edilmiş tapança maketləri qutusunu polisə təhvil verdikdən sonra Texas səlahiyyətlilərindən şəxsi silah geri alma proqramı çərçivəsində 3000 dollar alıb.

Hər silaha görə səlahiyyətlilər ona 50-200 dollar ödəyiblər.

Həmin şəxs 63 ədəd tapança modelini və onların ehtiyat hissələrini çap edib.

Saxta silahların real qiyməti 6-12 dollar olub.

Amerikalı bildirib ki, o, bu əməlini təkcə pul qazanmaq deyil, həm də bu cür dövlət proqramlarının effektli olmadığını göstərmək üçün planlaşdırıb.

Mənbə: knife.media

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir