İqtisadiyyat

Naxçıvanda səkkiz ay ərzində istehlakçılara qaytarılan ƏDV məbləğinin həcmi açıqlanıb

Sharing is caring!


Bu ilin yanvar-avqust aylarında Naxçıvan Muxtar Respublikasında “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 462,4 min manatdan çox, təkcə avqust ayında isə 88,7 min manat ƏDV məbləği geri qaytarılıb.

Bu  barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, yanvarla müqayisədə avqustda istehlakçılara qaytarılan məbləğ 4,2 dəfə artıb.

Bu il sentyabrın 1-nə muxtar respublikada 1 937 ədəd yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb. 8 ay ərzində belə aparatlar vasitəsilə qeydə alınan dövriyyə 125 milyon manatdan çox olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir