İdman

“Qarabağ”ın sabiq qapıçısı “Çelsi”nin transfer siyasətini tənqid edib

Sharing is caring!


“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç İngiltərənin “Çelsi” klubunun transfer siyasətini tənqid edib.

“Report” “Goal” nəşrinə istinadən xəbər verir ki, hazırda İngiltərə Çempionşipində QPR-in formasını geyinən 36 yaşlı qolkiper London təmsilçisinin bir neçə oyunçusunu tanımadığını bildirib.

Bosniya və Herseqovinadan olan oyunçu bəzi keçidlərin ona qəribə gəldiyini söyləyib:

“Əgər siz Moyses Kaysedo üçün 115 milyon xərcləyirsinizsə, şübhəsiz, Deklan Rays (Arsenal) üçün 120 milyon ödəyə bilərsiniz. Deklanı şəxsən tanımıram, onun “topçular”da oynamaq istəmədiyini də demirəm. Amma məncə, o, “Çelsi”yə də getmək istəyərdi. Onu komandadakı yeni transferlərdən üstün tuturam”.

“Çelsi” yay transfer dönəmində oyunçu transferlərinə 464 milyon avro xərcləyib və dünyada bu göstəriciyə görə liderdir. “Zadəganlar” Premyer Liqada 4 turdan sonra 4 xalla 12-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, 2015-2017-ci illərdə “Çelsi”nin uğurları üçün çalışan Asmir Beqoviç 2019/2020 mövsümünün ilk yarısını icarə əsasında “Qarabağ”da keçirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir