İdman

“Gent”in baş məşqçisi: “Bərabər səviyyədə oyun göstərdik”

Sharing is caring!

“Bərabər səviyyədə oyun göstərdik. Rəqib qədər qol şanslarımız oldu”.

“Report”un məlumatına görə, bunu Belçikanın “Gent” klubunun baş məşqçisi Heyn Vanhazebruk Bakıda “Qarabağ”a 0:1 hesabı ilə uduzduqları UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçından sonra mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis ikinci hissədə Azərbaycan təmsilçisinin daha yaxşı çıxış etdiyini bildirib:

“Penaltinin doğru qərar olduğunu düşünmürəm. Daha yaxşı nəticə ilə buradan ayrılmaq istəyirdik. Növbəti mərhələ şanslarımız davam edir. Bunun üçün əlimizdən gələni edəcəyik”.

Vanhazebruk doğma azarkeşlər önündə daha yaxşı mübarizə aparmağa çalışacaqlarını söyləyib:

“Hələ də şansımız var. Heç olmasa bir qol vurub görüşü əlavə vaxtadək daşımaq niyyətindəyik”.

Baş məşqçi əllərinə düşən imkanı dəyərləndirə bilmədiklərini vurğulayıb:

“Rəqib qapıçı üç dəfə topu itirdi, amma bundan yararlana bilmədik”.

Mütəxəssis Ağdam təmsilçisində qapıçı seçiminə görə təəccübləndiyini sözlərinə əlavə edib:

“Son qarşılaşmalarda gənc qolkiper çərçivəni qoruyurdu. Bu dəfə də belə olacağını gözləyirdik. “Qarabağ”ın hər futbolçusu fərdi ustalığa malikdir. Onların 11 yox, 25 yaxşı oyunçusu var”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir