MDB

Pompeo Rusiyanı ABŞ-ın düşməni adlandırdı

Sharing is caring!

“Rusiya ABŞ-ın düşmənləri sırasındadır, Vladimir Putin isə müstəqilliyi sevən bütün amerikalıları təhdid edir”. 

RBK-nın məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo Mark Levinin radioverilişində çıxışı zamanı deyib.

Onun müsahibəsi ABŞ-ın hökumət saytında dərc edilib. 

“Məndən daim soruşurlar, bizim düşmənimiz kimdir? Cavab isə belə olur: Həyatımıza, dövlətimizə, demokratiyamızın təməl prinsiplərinə müdaxilə etmək istəyən insanlar çoxdur. Rusiya isə, şübhəsiz, bu siyahıdadır”, – deyə Pompeo bildirib.

O, Putini azadlığı sevən hər kəs üçün real risk adlandırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir