MDB

Lavrov: “Rusiya Əfqanıstandakı bütün etnosiyasi qüvvələri dialoqa çağırır”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Əfqanıstandakı vəziyyətdən danışıb. “XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, Əfqanıstandakı qüvvələrin dialoqunu vacib hesab edib: “Rusiya Əfqanıstandakı bütün etnosiyasi qüvvələri dialoqa çağırır”. “Rusiyanın Əfqanıstandakı heç bir xalis terror qruplaşması ilə təmas niyyəti yoxdur. Amma “Taliban”ın siyasi ofisi var”, – S.Lavrov vurğulayıb.

MDB

Tramp Baydeni istefaya çağırdı

ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı prezident Co Baydeni Əfqanıstanda yaranmış vəziyyətə görə istefa verməyə çağırıb.  Bu barədə CNN məlumat yayıb. Tramp bildirib ki, istefa elə də böyük hadisə olmamalıdır, çünki Bayden qanuni yolla seçilməyib. “Bayden Əfqanıstanda hadisələrin belə inkişafına imkan verdiyi üçün rüsvayçılıqla istefaya getməlidir”,  – deyə Tramp qeyd edib. Keçmiş prezident daha əvvəl […]

MDB

ABŞ və Böyük Britaniya Əfqanıstana hərbçi göndərir

ABŞ Əfqanıstanın paytaxtı Kabil şəhərindəki Həmid Karzay hava limanına biri quru qoşunları, ikisi dəniz piyadaları olmaqla 3 tabordan ibarət 3 min hərbçi göndərir. “XəbərAl.az” “tolonews” telekanalına istinadən xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi Con Kirbi bildirib. Onun sözlərinə görə, onlar hava limanında hərbi-nəqliyyat təyyarəsini gözləyəcəklər. C.Kirbi deyib ki, hərbçilər ABŞ Dövlət Departamentinin istəyi […]

MDB

ABŞ vətəndaşlarını dərhal Əfqanıstanı tərk etməyə çağırdı

ABŞ-ın Kabildəki Səfirliyi Əfqanıstandakı vətəndaşlarına təhlükəsizlik riski səbəbindən ölkədən dərhal ayrılmaları ilə bağlı çağırış edib. “XəbərAl.az” xəbər verir ki, xəbərdarlıq mətni səfirliyin saytında yerləşdirilib. “Münasib ticari uçuşlardan istifadə edərək, dərhal ölkəni tərk edin”, – müraciətdə deyilir. Qeyd olunub ki, bilet ala bilməyənlər səfirliklə əlaqə saxlaya bilərlər. O da əlavə edilib ki, təhlükəsizlik vəziyyəti və personal […]

MDB

Rusiyada turist helikopteri qəzaya uğradı — 8 nəfər öldü

Rusiyanın Kamçatka diyarında Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində ilkin məlumata görə, 8 nəfər həlak olub. “XəbərAl.az” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatlı mənbə bildirib. Qeyd edilir ki, hadisə zamanı helikopterdə olan 9 nəfər sağ qalıb. Məlumata görə, heyət üzvləri dumanlı hava şəraitində helikopteri endirmək istəyiblər. Lakin helikopter “Yelizovo” hava limanından 200 kilometr məsafədəki […]

MDB

Tramp yenidən prezident olmaq istəyir

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp yenidən ölkənin prezidenti olmaq niyyətindədir. “XəbərAl.az” “Washington Examiner”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Trampın keçmiş mətbuat katibi Şon Spayser açıqlayıb.  Onun sözlərinə görə, D.Tramp 2024-cü ildə prezident seçkiləri ilə bağlı kampaniyada iştirak etmək istəyir.  O həmçinin əlavə edib ki, Trampın sözügedən bu kampaniya üçün 102 milyon dolları var […]

MDB

Rusiyada əhalinin təbii azalması sürətlənib

İlin ilk altı ayı ərzində Rusiyada 678,1 min nəfər dünyaya gəlib. Bu barədə “Rosstat” məlumat yayıb. Məlumata əsasən, göstərilən dövr ərzində ölkə miqyasında 1.1 milyon ölüm faktı qeydə alınıb. Beləliklə də, 2021-ci ilin ilk yarısında Rusiyada əhalinin təbii azalması 421.9 min nəfər təşkil edib. Qeyd edək ki, ötən ilin analoji dövründə təbii azalma 265.5 mın […]

MDB

ABŞ Gürcüstana raketlər satacaq

ABŞ Dövlət Departamenti Gürcüstana 30 milyon dollara “Javelin” tank əleyhinə raketlərin satışını təsdiqləyib. “XəbərAl.az” “RİA Novosti”yə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti sözügedən raketlərin satışı ilə bağlı mümkün sazişin ABŞ-ın xarici siyasətinə və milli təhlükəsizliyinə zidd olmadığını vurğulayıb.   Bildirilir ki, ABŞ Konqresi də həmçinin məsələ ilə bağlı məlumatlandırılıb.  Qeyd edək ki, Gürcüstan raket komplekslərinin […]

MDB

Bayden Kuba hakimiyyətinə qarşı yeni sanksiyaların tətbiqinə söz verdi

ABŞ prezidenti Cozef Bayden rəsmi Vaşinqtonun dövlət əleyhinə çıxışların iştirakçılarına qarşı hərəkətlərinə görə Kuba hakimiyyəti ilə bağlı sanksiyaları genişləndirəcəyini istisna etməyib. Bu barədə “XəbərAl.az” xarici mətbuata istinadən xəbər verir. “Əgər Kubada hansısa radikal dəyişikliklər olmasa, onlar (sanksiyalar – red) daha çox olacaq”, – Ağ Ev rəhbəri ABŞ-da Kuba diasporunun nümayəndələri ilə görüşdə Birləşmiş Ştatların Havanaya […]