Dünya

Norveç Ukraynaya milyardlarla dollarlıq yardım edəcək

Sharing is caring!

Stortinq (Norveçin birpalatalı parlamenti) Ukraynaya 75 milyard kron (73,7 milyard dollar) dəyərində olan beşillik dəstək proqramını səs çoxluğu ilə qəbul edib.

Bu barədə Norveç hökumətinin saytında məlumat verilib.

Ölkənin baş naziri Yonas Qar Störe Ukraynaya dəstək proqramı ilə bağlı belə geniş paketdən çox məmnun olduğunu bildirib. Hökumət başçısı qeyd edib ki, Ukrayna Prezidenti Volodimir Zelenski proqramın rəqəmsal formatda təqdimatında iştirak edib.

Norveç tərəfindən verilən dəstək Ukraynanın ehtiyaclarına uyğun olaraq bölüşdürüləcək. Proqram çərçivəsində hər il Kiyevə 15 milyard kron ayrılması planlaşdırılır.

Mənbə: gazeta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir