İdman

“Qarabağ”ın yeni transferi: “Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”

Sharing is caring!

“Çox yaxşı oyun oldu. Qələbə qazandıq. Qarşıda bir oyunumuz da var. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə keçək”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Adama Diakabi Bakıda Belçika “Gent”inə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

Ağdam klubunun yeni transferi bildirib ki, meydana çıxanda azarkeşlər ona dəstək olublar:

“Bunu hiss etdim. Elə futbolçuyam ki, belə fanatların qarşısında olmağı sevirəm. Azarkeşlərin mənim üçün etdikləri xoşuma gəldi, əlavə motivasiya oldu. Fanatlarımız çox yaxşıdır. Komanda yoldaşlarım oyuna çıxmamışdan öncə onlar haqqında mənə məlumat vermişdilər. Azarkeşlərin qarşısında oyun keçirməyi həyacanla gözləyirdim”.

Fransalı hücumameylli yarımmüdafiəçi cavab matçında meydana çıxıb-çıxmayacağının Qurban Qurbanovdan asılı olduğunu vurğulayıb:

“Baş məşqçi mənə formamı yığmağa kömək edir. Addım-addım bunun üzərində çalışıram. Komandama daha çox kömək olmağa çalışacağam”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir