Dünya

ABŞ-də yanğınsöndürənlərin çağırıldıqları evdə partlayış oldu: Ölən və yaralananlar var – VİDEO

Sharing is caring!


ABŞ-nin Sterlinq şəhərində (Virciniya ştatı) evlərdən birində dəhşətli partlayış baş verib. Hadisə nəticəsində ölən və yaralananlar var.

Bildirilir ki, yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 4:40) Lauden dairəsinin yanğınsöndürmə idarəsinə evdə qaz iyi ilə bağlı zəng daxil olub. Yanğınsöndürənlər hadisə yerinə gedəndən sonra partlayış baş verib.

Nəticədə bir yanğınsöndürən həlak olub, daha 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti naməlum olaraq qalır.

Partlayış nəticəsində qonşu evlərə ziyan dəyib.

Mənbə: NBC

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir