İdman

Samir Əliyev: “Dişimizə” görə rəqiblər seçmişik”

Sharing is caring!

“Antalyadakı təlim-məşq toplanışı üçün “dişimizə” görə rəqiblər seçmişik”.

Bunu “Report”a müsahibəsində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev martın 20-dən 27-dək Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı yoxlama görüşündə üz-üzə gələcəkləri rəqibləri dəyərləndirərkən deyib.

Martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə qarşılaşacaqlarını xatırladan 44 yaşlı mütəxəssis rəqib seçiminin səbəbini izah edib:

“Onlar reytinqdə bizdən yüksəkdədirlər. Rəqib seçimi zamanı daha güclü komandalarla qarşılaşmağa çalışırdıq. Albaniya və Sloveniyanı seçməyimiz təsadüfi deyil. Hər ikisi seçmə mərhələdəki ilk rəqibimiz olan Serbiyaya yaxındır. Balkan ölkələri olduğu üçün oyun üslubları bir-birinə çox uyğundur. Onlarla matçlarda həm oyunçuları nəzərdən keçirəcəyik, həm də taktiki və fiziki cəhətdən hazırlaşacağıq”.

Əliyev həmin görüşlərin AVRO-2025-in seçmə mərhələsində Serbiya ilə sentyabrın 12-də keçiriləcək ilk matça hazırlıq xarakteri daşıyacağını əlavə edib.

Samir Əliyevin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir