Dünya

İranın repressiv qüvvələri daha bir gəncin həyatına işgəncələrlə son qoydu – FOTO

Sharing is caring!

İranın repressiv qüvvələri daha bir gəncin həyatını işgəncələrlə əlindən alıb. Budəfəki qurban Qərbi azərbaycanlı Şəhriyar Adelidir.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.

Bildirilir ki, Sarıdaş (Sərdəşt) şəhərində keçirilən aksiyalar zamanı həbs edilən gənc İran rejiminin amansız işgəncələri altında həlak olub.

Xatırladaq ki, bir müddət əvvəl İranın İze şəhər sakini 22 yaşlı Hamed Sələhşur repressiv qüvvələrin işgəncələri nəticəsində həyatını itirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir