İdman

“Liverpul” üç xalı iki qolla aldı – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında 15-ci turun oyunları keçirilir.

“Şeffild Yunayted” öz meydanında “Liverpul”u qonaq edib.

“Brammel Leyn” stadionuna toplaşanlar iki qolun şahidi olublar.

37-ci dəqiqədə Van Dayk ev sahiblərini məyus edib. 90+5-ci dəqiqədə isə Soboslai fərqi artıraraq oyunda son nöqtəni qoyub – 0:2.

Beləliklə də, bu nəticədən sonra mersisaydlılar 34 xalla turnir cədvəlində 2-ci sıradadırlar. Onları lider “Arsenal”dan cəmi 2 xal ayırır. “Şeffild” isə 5 xalla sonuncu – 20-ci pillədədir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir