Dünya

Lixtenşteyn şahzadəsi vəfat etdi – FOTO

Sharing is caring!


Lixtenşteynin 15-ci knyazı II Hans-Adam və mərhum həyat yoldaşı Şahzadə Marinin kiçik oğlu Şahzadə Konstantin 2023-cü il dekabrın 5-də knyazlığın paytaxtı Vadutsda 51 yaşında qəflətən vəfat edib.

Bu barədə knyazlığın bəyanatında deyilir.

Onun ölüm səbəbi barədə məlumat verilmir.

Qeyd edək ki, knyazın üçüncü və kiçik oğlu 1999-cu ildən qrafinya Mariya Kalnoki de Korespatak ilə evli idi. Onların üç övladı var: Şahzadə Morits (20 yaş), Şahzadə Cina (18 yaş) və Şahzadə Benedikt (15 yaş).

Mənbə: focus.ua

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir