Dünya

Almaniyada Rusiyaya casusluq etməkdə şübhəli bilinən hərbçi saxlanıldı

Sharing is caring!


Almaniya Prokurorluğu Bundesverin Hərbi təchizat departamentinin zabitini Rusiya kəşfiyyatına məxfi məlumatlar ötürməkdə şübhəli bilərək həbs edib.

Tomas H. adlı Almaniya vətəndaşı may ayından bəri dəfələrlə Rusiyanın Bonndakı konsulluğu, həmçinin Berlindəki səfirliyinə müraciət edib və öz təşəbbüsü ilə əməkdaşlıq təklif edib.

Bununla bağlı ölkənin ədliyyə naziri Marko Buşmann açıqlama verib.

“Federal prokuror alman zabitini xarici məxfi xidmətə işləməkdə şübhəli bilərək həbs edib”, – deyə o qeyd edib.

Federal prokurorluqdan bildirilib ki, müttəhim rusiyalılara fəaliyyəti zamanı əldə etdiyi məlumatları ötürüb.

O, Almaniyanın qərbində, təchizat agentliyinin qərargahının yerləşdiyi Koblensdə saxlanılıb. Zabitin evində və iş yerində axtarışlar aparılıb. Daha sonra o, hakim tərəfindən nəzarətə götürülüb.

Prokurorluqdan məsələ ilə bağlı əlavə məlumat verilməyib. Almaniya Müdafiə Nazirliyi də məsələyə şərh verməkdən imtina edib.

Qeyd edək ki, təchizat agentliyində təxminən 12 min nəfər, o cümlədən 1800-ə yaxın hərbi qulluqçu çalışır. 2021-ci ildə agentlik Bundesverlə ümumilikdə 17,6 milyard avro dəyərində silah və texnikanın alınması üzrə müqavilə imzalayıb.

Mənbə: “Reuters”

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir