Siyasət

Şulqinov: “Rusiya, Azərbaycan və İranın enerji sistemləri birləşdirilməlidir”

Sharing is caring!

Rusiya, Azərbaycan və İran üç dövlətin enerji sistemlərinin birləşdirilməsi istiqamətində işi gücləndirməlidir.

Bu barədə Rusiyanın energetika naziri Nikolay Şulqinov İranın energetika naziri Əli Əkbər Mehrabianla görüşündə bildirib.

Görüş zamanı tərəflər İranda Sirik İES layihəsinin hazırkı vəziyyətini, eləcə də elektrik şəbəkəsi iqtisadiyyatı sahəsində qarşılıqlı əlaqələri müzakirə ediblər.

Eyni zamanda, İran tərəfi Rusiya enerji avadanlıqlarından, o cümlədən qaz turbinlərindən istifadə etməklə İranda istilik elektrik stansiyalarının tikintisi və bərpa olunan enerji mənbələrinin istehsalı sahəsində əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir