Müharibə

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalının hansı şəxslərə veriləcəyi açıqlanıb

Sharing is caring!


“Minatəmizləmə sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.

“Report” xəbər verir ki, layihəyə əsasən, “Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aşağıdakı xidmətlərinə görə təltif edilirlər:

– minatəmizləmə sahəsinin inkişafında fəal iştiraka görə;

– minatəmizləmə sahəsində səmərəli əməkdaşlığa verilən əhəmiyyətli töhfəyə görə;

– minatəmizləmə sahəsində Azərbaycan Respublikasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində və möhkəmləndirilməsində göstərilən xidmətlərə görə.

“Minatəmizləmə sahəsində xidmətlərə görə” medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir