İdman

Avropa Liqası: Daha 4 komanda pley-offa vəsiqə əldə edib – VİDEO

Sharing is caring!

UEFA Avropa Liqasının qrup mərhələsində VI tura start verilib.

Artıq 4 qrupda mübarizəyə yekun vurulub və daha 4 komanda adını növbəti mərhələyə yazdırıb.

F qrupunda Danimarkanın “Midtüllan” və Niderlandın “Feyenoord”, “Qarabağ”ın yer aldığı G qrupunda Fransanın “Nant”, H qrupunda isə “Monako” klubu pley-offa adlayıb.

Daha əvvəl “Arsenal” (İngiltərə), PSV (Niderland), “Fənərbağça” (Türkiyə), “Renn” (Fransa), “Betis” (İspaniya), “Yunion” (Belçika), “Mançester Yunayted” (İngiltərə), “Real Sosyedad” (İspaniya), “Frayburq” (Almaniya) və “Ferentsvaroş” (Macarıstan) qrupdan çıxmağı təmin ediblər.

UEFA Avropa Liqası

Qrup mərhələsi, VI tur

3 noyabr

E qrupu

“Real Sosyedad” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə) – 0:1

“Şerif” (Moldova) – “Omoniya” (Kipr) – 1:0

F qrupu

“Midtüllan” (Danimarka) – “Şturm” (Avstriya) – 2:0

“Feyenoord” (Niderland) – “Latsio” (İtaliya) – 1:0

G qrupu

“Qarabağ” (Azərbaycan) – “Frayburq” (Almaniya) – 1:1

“Olimpiakos” (Yunanıstan) – “Nant” (Fransa) – 0:2

H qrupu

“Trabzonspor” (Türkiyə) – “Ferentsvaroş” (Macarıstan) – 1:0

“Monako” (Fransa) – “Srvena Zvezda” (Serbiya) – 4:1

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir