Cəmiyyət

Bakıda su hovuzu təhlükə mənbəyinə çevrilib – VİDEO

Sharing is caring!

Paytaxtın Xətai rayonu, Cavanşir küçəsi 100 ünvanında yerləşən qapalı hovuzun ağzı açıq qalıb. Bu isə təhlükəli vəziyyət yaradıb.

Xezerxeber.az-ın məlumatına görə, dərinliyi bir neçə metr olan su hovuzunun içərisi çirkabla doludur.

Hovuz 116 nömrəli tam orta məktəbin yaxınlığında yerləşir. Məktəbdən çıxan şagirdlər isə təhlükə saçan hovuzun yaxınlığında oynayırlar. Üç  gün əvvəl şagirdlərdən biri hovuza düşməkdən son anda xilas olub.

Valideynlər deyirlər ki, hovuzun açıq qalan hissəsi qapanmasa bənzər hadisə yenidən yaşana bilər.

Araşdırma zamanı məlum oldu ki, təhlükə mənbəyi olan su hovuzu Xətai rayon,133 saylı xüsusi təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Çəkilişdən sonra birliyin əməkdaşları əraziyə gələrək problemi müvvəqqəti olaraq həll ediblər.

Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən bildirildi ki, sabahdan valideyinləri narahat edən bu problem tamamilə aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir