İdman

Qurban Qurbanov: “Həmin an penalti təyin olunmalı idi”

Sharing is caring!

“Futbolçularıma və azarkeşlərimizə təşəkkür edirəm. Bu mövsüm avrokuboklarda yaxşı oyunlar keçirdik”.

“Report”un məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Almaniya “Frayburq”u ilə 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra “CBC Sport”a açıqlamasında deyib.

50 yaşlı mütəxəssis hakim qərarlarına da toxunub: “Sayılmayan qol epizodunda əsəbiləşdim. Həmin an penalti təyin olunmalı idi”.

Qeyd edək ki, Avropa Liqasında mübarizəni dayandıran “Qarabağ” mübarizəni Konfrans Liqasının pley-offunda davam etdirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir