Cəmiyyət

Bakıda iki avtomobil toqquşub: Yaralı sürücü avtomobildən çıxarılıb – FOTO/VİDEO

Sharing is caring!


Bakının Nərimanov rayonunda yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, Vaqif prospektində Niva markalı maşınla “VAZ-21015” markalı nəqliyyat vasitələrindən biri ötmə əməliyyatı edərək digərinin qarşısına çıxıb.

Yüksək sürətlə toqquşmuş avtomobillərin hər ikisinin sürücüləri ağır xəsarət alıb.

“VAZ-21015”in yaralı sürücüsü salonda sıxışıb qaldığından əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.

Onlar xüsusi texnika ilə avtomobilin salonunda sıxışıb qalan sürücüyə yardım edib.

Yaralı təcili tibbi yardım briqadasına təhvil verilib.

Qəza nəticəsində hər iki maşın deformasiyaya uğrayıb.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir