Gündəm

Jurnalist Zülfiyyə Qurbanova : “Zelenski deyəsən eyforiyadan ayılıb və artıq dərk edir ki, “tırkaya” gedib xalqı qırğına verib”

Sharing is caring!

Bildiyiniz kimi, bir neçə gündür çox saylı insanların ölümünə səbəb olan, Rusiya ilə Ukrayna ölkəsi arasında böyük müharibə gedir.Tanınmış insanlar sosial şəbəkələrdə sözügedən müharibəyə status yazırlar.Bu statuslar böyük səsküyə səbəb olur.

Xəbəral.az xəbər verir ki, Xoşqədəm Hidayətqızının aparıcısı olduğu veriliş “Səni Axtarıram”ın eksperti, tanınmış jurnalist Zülfiyyə Qurbanova öz Facebook hesabında maraqlı paylaşım edib.Bu paylaşım izləyicilər tərəfindən heç də bir mənalı qarşılanmayıb.

Həmin statusu sizlərə olduğu kimi təqdim edirik:

Zelenski deyəsən eyforiyadan ayılıb və artıq dərk edir ki, tırkaya gedib xalqı qırğına vermək, ölkəni viran qoydurmaq qəhrəmanlıq deyil.

Elə indicə Zelenskinin NATO-ya mesajını oxudum və sizinlə paylaşıram:

“Tökülən qanımızın əvəzini yanacaqla ödəyə bilməyəcəksiniz.

Alyans Rusiya ordusunun evləri, məktəbləri və xəstəxanaları bombaladığını bilir. Eyni zamanda, NATO şüurlu şəkildə uçuşa qadağa zonası tətbiq etməkdən imtina etmək qərarına gəlib.

İnsanları düşünməli idiniz. Bəs o iclasda (martın 4-də alyansın növbədənkənar iclası – red.) nə haqda fikirləşdiniz? Bundan sonra insanların ölümünün hamısı sizin üzünüzdən, sizin zəifliyiniz, laqeydliyiniz səbəbindən olacaq”.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir