Bölgə

Yaponiyanın ölkəmizdəki səfiri Vada Cuniçi Ağsu rayonuna səfər edib- Foto

Sharing is caring!

Xəbəral.az xəbər verir ki, Səfirlə martın 3-də rayon icra hakimiyyətində keçirilən görüşdə Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov Azərbaycanla Yaponiya arasındakı strateji tərəfdaşlıqdan, yaxın dostluq əlaqələrindən və bu əlaqələrin getdikcə daha da dərinləşməsindən danışıb. Ağsu rayonunun sosial-iqtisadi həyatı barədə ətraflı məlumat verən icra başçısı son 15 ildə reallaşan layihələrin, görülən işlərin rayonun sürətli inkişafına səbəb olduğunu bildirib. Qeyd edilib ki, rayonda yeni istehsal müəssisələri açılıb, yaşayış məntəqələri 100 faiz qazlaşdırılıb, kənd yolları 80 faiz yenilənib. Yeni məktəb binaları, körpələr evi-uşaq bağçaları tikilib. Açılan təzə istehsal sahələri vətəndaşların məşğulluğuna şərait yaradıb.
  Vada Cuniçi ölkəmizin bir sıra rayonlarında olduğunu, bu səfərlərin həm də yaxın əlaqələrin, dostluğun daha da möhkəmlənməsində əhəmiyyətini vurğulayıb. Yaponiya-Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini xüsusi qeyd edən səfir əlaqələrin getdikcə dərinləşdiyini diqqətə çatdırıb. Yaponiyada Yaponiya-Azərbaycan ticarət evinin açılacağını qeyd edən diplomat Azərbaycandan məhsul ixracının daha da artacağını söyləyib və bildirib ki, Yaponiyadan da dost ölkəyə kənd təsərrüfatı texnologiyası, toxum idxal ediləcək.
  Səfir “Ot kökləri və insan təhlükəsizliyi” qrant yardım proqramı çərçivəsində Azərbaycanın rayonlarında bir çox layihənin həyata keçirildiyini, Ağsu rayonunda da insanların daha çox ehtiyac duyduqları sahələr üzrə yardım göstərməyə hazır olduqlarını bildirib.
  Sonra səfir şirə və şərab emalı zavodunda olub. Burada qonağa ən müasir texnologiyaya əsaslanan istehsal prosesi və məhsulların çeşidləri barədə ətraflı məlumat verilib. Daha sonra diplomat iri heyvandarlıq kompleksi ilə tanış olub.

Xəbəral.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir