Dünya

“Metallica” qrupunun pərəstişkarı konsert zamanı uşaq dünyaya gətirib – FOTO

Sharing is caring!

“Metallica” qrupunun Braziliyada konserti zamanı onun pərəstişkarlarından biri uşaq dünyaya gətirib.

Hamiləliyin 39-cu həftəsində olan qadının sancıları mayın 7-də, qrup Kuritiba şəhərində çıxış edərkən başlayıb.

Uşaq “Enter Sandman” hitinin sədaları altında dünyaya gəlib. Körpəyə Luan adı verilib.

Qadın yenidoğulmuş oğlunun şəklini “Instagram”da paylaşıb və etiraf edib ki, konsertin bitəcəyinə üç mahnı qalmış ana olacağını gözləmirmiş.

Hadisədən xəbər tutan “Metallica” “Instagram” hesabının “hekayə” bölməsinə pərəstişkarının paylaşımını yerləşdirib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir