Dünya

Antonella Messini başqa futbolçu ilə səhv saldı – VİDEO

Sharing is caring!


Argentinalı ulduz futbolçu Lionel Messinin həyat yoldaşı Antonella Rokutso Liqa Kubokunun finalında arzuolunmaz vəziyyətə düşüb.

Oyunun final fiti çalınan kimi meydana daxil olan Antonella Rokutso Messini “İnter Mayami”nin digər futbolçusu Xordi Alba ilə səhv salıb və onu qucaqlamaq istəyib.

Azarkeşlərdən biri tərəfindən çəkilən görüntülər sosial şəbəkələrdə trendə çevrilib.

Xordi Alba dərhal özünü geri çəkib və yalnız bundan sonra Antonella onun Messi ilə səhv saldığını anlayıb.

Tərəflər gülüşərək qucaqlaşıb və mehriban şəkildə ayrılıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir