Cəmiyyət

Gəncədə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var – FOTO

Sharing is caring!

Gəncədə üç nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə şəhərin Üzeyir Hacıbəyov prospektində qeydə alınıb.

Hərəkətdə olan “Hyundai” markalı yük maşını ilə “VAZ-2106” markalı minik avtomobili toqquşub. Qəza zamanı minik maşınında olanlar – 2000-ci il təvəllüdlü Arif Səmədov, 2002-ci il təvəllüdlü Asif Səmədzadə və onun qardaşı, 2004-cü il təvəllüdlü Vasif xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

{gallery}

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir