Dünya

Pakistanda daşqın qurbanlarının sayı 300-ü keçdi – FOTO/VİDEO

Sharing is caring!

Pakistanda daşqın qurbanlarının sayı 312 nəfərə çatıb.

Təbii fəlakətin nəticələri ilə bağlı sosial şəbəkələrdə kadrlar yayılıb.

Məlumata görə, aramsız yağan leysan səbəbindən bəzi əyalətlərdə həyat iflic vəziyyətə düşüb. Kəraçi sakinləri işıqların kəsilməsindən, içməli suyun olmamasından və hakimiyyət orqanlarının köməksizliyindən şikayətlənirlər.

İslamabad və Ravalpindi ərazilərini, o cümlədən beynəlxalq hava limanının bir hissəsini sel suları basıb, nəticədə uçuşlar dayandırılıb.

Pakistan hakimiyyəti daşqınlardan zərər çəkmiş əhaliyə təcili yardım göstərmək üçün silahlı qüvvələri yüksək hazırlıq vəziyyətinə salıb.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir