Dünya

Sevgilisini qətlə yetirən qadından maraqlı özünümüdafiə: “Demişdi ki, sənə əl qaldırsam, məni öldür” – FOTO

Sharing is caring!


Türkiyədə sevgilisini öldürən qadın məhkəmədə özünü müdafiə üçün dediyi sözlərlə hər kəsi təəccübləndirib. Belə ki, qazaxıstanlı İrina Franzen türkiyəli sevgilisinin ona – “bir daha sənə əl qaldırsam, məni öldürərsən”, – dediyini bildirib.

Hadisə Bursa şəhərində baş verib. Restoranda ofisiant işləyən 30 yaşlı qadın 39 yaşlı Turan Dönerlə birlikdə yaşayıb. İrinanın sözlərinə görə, sevgilisi daim ona şiddət göstərib, bu səbəbdən də bir müddətdən sonra onu tərk edərək Qazaxıstana qayıdıb. Lakin sevgilisi ona zəng edərək qayıtmasını istəyib.

“Mənim üçün bilet aldığını dedi, bir daha mənə əl qaldırmayacağını və “bir daha sənə əl qaldırsam, öldür məni”, – dedi. Evlənəcəyimizə və xoşbəxt həyat sürəcəyimizə söz vermişdi”, – deyə qadın olanları danışıb.

Onun sözlərinə görə, Türkiyəyə qayıtdıqdan sonra Turandan şübhələnib və onun telefonunu yoxlayıb. Bu zaman öyrənib ki, sevgilisi ona ən yaxın rəfiqəsi ilə xəyanət edib. İkili arasında mübahisə yaranıb və qadın onu bıçaqlayıb.

“Turan onun mobil telefonunu qurdaladığımı biləndə dəliyə döndü. Məni döydü, başımdan vurdu, mən mətbəxin piştaxtasına yıxıldım. Turan çörək bıçağını əlinə aldı, o biri əli ilə də məndən tutmuşdu. Onu itələdim. Hər şey çox sürətli baş verdi. Bıçağın əlimə necə gəldiyini xatırlamıram. Onun xırıltılı səs çıxardığını görəndə küçəyə qaçıb kömək istədim. Çox peşmanam. Onu sevirdim, öldürmək fikrim yox idi”, – deyə qadın bildirib.

Hadisə yerinə gələn polislər kişinin öldüyünü müəyyən ediblər, şübhəli saxlanılıb.

İrina Franzen haqqında “qəsdən adam öldürmə” maddəsi ilə ömürlük həbs tələbi ilə iddia açılıb.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir